Hal-hazırda müxtəlif mürəkkəb formalı səthlərin cilalanmasında müəyyən çətinliklər var. Bu da həmin səthlərin cilalanmasında məhsuldarlığın az olması ilə, əlavə vaxt itkisinə səbəb olur. Belə səthlərə müxtəlif formalı çuxur və deşikləri, kanalları aid etmək olar. Buna görə də cilalama alətlərinin təkmilləşdirilməsində bu çatışmazlıqlar nəzərə alınır. Cilalama zamanı məhsuldarlığın və keyfiyyətin artırılması nəzərdə tutulur. Müasir cilalama dairələrindən düzgün istifadə etmək üçün onun üzərində olan yazıların oxunuşunu bilmək lazımdır (Şəkil 2.37).
Şəkil 2.37. Cilalayıcı dairənin oxunuşu
2.1.2.6. Cilalamada istifadə olunan dəzgahlar
Pəstahın (hissənin) tələb olunan cilalanma formasından asılı olaraq aşağıdakı dəzgahlardan istifadə olunur:
Dairəvi cilalama dəzgahları - quruluşuna və yerinə yetirdiyi işin növünə görə dairəvi cilalama dəzgahları 3 qrupa bölünür: