2.2. Metalların mexaniki emalı
2.2.1. Pardaqlama
Pardaqlamada səthlərin abraziv materiallarla işlənməsi (emalı) aparılır. Abraziv materiallar, kənarları iti olan çox bərk materiallardır. Həmin materiallar bülöv daşları, dairələr və feqment şəklində ola bilər. Pardaqlama emal prosesi işlərini tamamlama və tələb olunan şəkilə salma əməliyyatıdır. Bu əməliyyat hissələrin yüksək dəqiqliyini (0,002 millimetrə qədər) təmin edir. Bununla yanaşı, həmin əməliyyatlar hissələrin səthinin yüksək təmizliyi (6... , 10-cu təmizlik sinfi) yerinə yetirilir. Pardaqlama əməliyyatından soyma, təmizləmə işlərində, kəsici alətləri itilədikdə və s. işlərdə istifadə olunur. Pardaqlama işləri, əsasən, sürətlə fırlanan abraziv dairələrdən istifadə etməklə yerinə yetirilir (Şəkil 2.38). Dairənin fırlanma sürəti emal edilən hissənin materialının bərkliyindən asılıdır. Emal edilən hissənin materialı bərk olduqda dairənin fırlanma sürəti az olur. Bütün növ metal və xəlitələrin daxili və xarici səthlərinin emalında pardaqlama əməliyyatı aparılır. Pardaqlamadan silindrik konik yastı və əyri səthlərin kobud (soyma) təmir və tamamlama işlərində istifadə olunur. Pardaqlama üçün istifadə olunan dəzgahlar, əsasən, üç qrupa bölünür:
Pardaqlama zamanı pardaqlayıcı dairə müəyyən sürətlə fırlanır. Pəstahın və ya dairənin veriş hərəkətində küllü miqdarda abraziv dənəciyi pəstahı (hissəni) kəsir. Kəsmə zamanı nəzərdə tutulan hissə kəsilib çox narın yonqarlar şəklində kənarlaşdırılır. Abrazivlər kimi təbii və süni abrazivlərdən istifadə olunur. Pardaqlamada istifadə olunan dairələr cilalamada istifadə olunan dairələr kimi təsnif olunur. Dairələr, əsasən, bərkliyinə və formasına görə təsnif olunur. Pardaqlamada istifadə olunan dairələr iş prosesində öz-özünə qismən və ya tamam itilənmə qabiliyyətli olur. Pardaqlama əməliyyatı zamanı dairələrdən düzgün istifadə olunmalıdır. Seçilmiş dairənin bərkliyi emal edilən hissənin bərkliyindən həddindən çox ola bilər. Bu zaman dairə çirklənir və ya piylənir. İstifadə olunan dairənin bərkliyi az olduqda isə vaxtından əvvəl sürtülüb yeyilir.