2.2.2. Frezləmə
Frezləmə kəsmə ilə aparılan mexaniki kəsmə əməliyyatıdır (Şəkil 2.39). Bu əməliyyat çox kəsici tilləri olan alətlə aparılır. Frezləmə zamanı kəsici frez fırlanma hərəkəti edir. Emal edilən pəstah (hissə) irəliləmə hərəkətində olur. Hissənin irəliləmə hərəkəti (veriş hərəkəti) iki formada ola bilər. Frezin fırladığı istiqamətin əksinə və frezin fırlandığı hərəkət istiqamətində. Birinci veriş hərəkəti əksinə frezləmə və ya üzbəüz frezlənmə adlanır. İkinci veriş hərəkətinə isə veriş istiqamətinə frezləmə deyilir. Bəzi hallarda hissə (pəstah) hərəkətsiz qalır, frezə veriş hərəkəti verilir.
Frezləmə kəsmə ilə aparılan çox geniş yayılmış üsuldur. Ondan aşağıda qeyd olunan müxtəlif formalı səthləri hazırlamaq üçün istifadə olunur:
Dişlərin formasına görə frezlər düzdişli və vintvarı dişli olur. Dişin dal səthinin formasına görə frezlər iki qrupa bölünür:
İstifadə olunmasına görə frezlər aşağıdakı kimi qruplaşdırılır: