Frezləmə zamanı diş metala girərək yonqar qoparır. Frezləmə zamanı frezin hər dişi vaxtaşırı ardıcıl işləyir. Buna görə də frezləmə yonma və deşmə əməliyyatlarından üstünlüyə malikdir. Frezin hər bir dişi adi kəsmək işini yerinə yetirir. Bu dişlər müxtəlif göstəriciləri ilə xarakterizə olunur. Bu göstəricilər diş, baş kəsici til, qabaq üz, arxa (dal) üz və boyun (peysər) üzündən ibarətdir. Frezin işçi hissəsi olan dişlərin profili (yandan görünüşü) aşağıda adları qeyd olunan bucaqlarla xarakterizə olunur:
Baş (qabaq) bucaq (α). Yonqarın (kəsilən hissənin) asanlıqla kəsilməsini və kəsilmiş hissənin sürüşüb düşməsini təmin edir. Materialların bərk və yumşaq olmasından asılı olaraq bu bucaq müəyyən qiymətlər alır.
Dal (arxa) bucaq(γ) frezin dişinin boyun (peysər) üzü ilə kəsmə üzü arasındakı sürtünməni azaldır. Əsasən, 120-250 dərəcə arasında qəbul olunur.
2.2.2.1. Frezlərin növləri (tipləri)
Sənaye tərəfindən müxtəlif ölçülü frezlər buraxılır. Bu frezlərin diametri 20-320 millimetr, eni 0,2-6 millimetr, dişlərinin sayı isə 14-160 arasında olur. Dişlərin sayından asılı olaraq frezlər üç növdə (tipdə) olur:
Dişləri kiçik ölçüdə olan frezlərin əsas xarakterik cəhəti dişlərinin sayının çox olmasıdır. Qabaq və arxa səthləri qanov şəklində formalaşıb 600 dərəcə bucaq altında yerləşir. Bu növ frezdə dişlər az güc tələb edir. Bu frezlər dərin kəsmələrdə və eni böyük olmayan səthlərin işlənməsində tətbiq olunur. Əsasən, kiçik çıxıntıların, dərin olmayan qanovların, şlislərin frezlənməsi və nazik listlərin kəsilməsində istifadə olunur. Dişləri orta ölçüdə olan frezlərdə dişlərin sayı birinci növ frezlərdən iki dəfə azdır.
Dişlər iki formada (görünüşdə) buraxılır. Birinci forma dişlər birinci növ frezlərin dişləri ilə eyni olur. Yəni kiçik dişli frezlərin dişləri ilə eyni formada olur. İkinci forma dişin arxa səthi lent şəklində yığılır. Buna köməkçi arxa bucaq 200 dərəcə olur. İstifadə zamanı həmin lentin eni 0,5-1 millimetr olur. Bu da dişlərin böyük sürətlə dərin çıxıntıların frezlənməsinə imkan verir.
Böyük dişli frezlərin dişlərinin sayı orta ölçüdə dişləri olan frezlərin dişlərinin sayından iki dəfə az olur.