Birbucaqlı frez - iş prinsipi pazşəkilli frezlərdə olduğu kimidir. Vintşəkilli səthlərdə kəsmə aləti kimi istifadə olunur. Frezləmə bucaqları φ = 50-850, φ1 = 150 qəbul edilir. φ = 900 olduqda φ1 = 200, φ = 1000 olduqda φ1 = 250 olur.
φ - baş bucaq
φ1 - köməkçi bucaq
Yarımdairəvi qabarıq və çökəklik frez - əsasən, fasonlu müxtəlif formalı (yarımdairələrin) qanov və çıxıntıların frezlənməsi üçün nəzərdə tutulur. 50-130 millimetr diametrdə buraxılır. Müxtəlif profilli qanovlardan asılı olaraq 1,6; 2; 2,5; 3; 4; 5; 6; 7; 8; 9; 10; 11; 12; 14; 16; 18; 20 və 25 millimetr radiusda olur.
2.2.3. Deşmə
Deşmə bütöv materialda deşik açmaq üçün aparılan mexaniki emal əməliyyatıdır.
Deşmə əməliyyatında kəsici alət kimi burğulardan istifadə olunur.
İstifadə olunan burğular müxtəlif konstruksiyada hazırlanır. Deşmədə baş hərəkət fırlanma hərəkətidir.
Veriş hərəkəti isə irəliləmə hərəkətidir.
Deşmə və iç yonuş zamanı baş hərəkət burğunun hərəkətidir.
Dərin deşmə zamanı burğu irəliləmə hərəkəti edir.
Pəstah (hissə) isə fırlanır. Bu isə hissənin dəqiq emalını təmin edir.
Kəsmə dərinliyi aşağıdakı kimi təyin olunur:
t = d
2mm, burada: d-burğunun diametridir, millimetrlə.
Burğuların aşağıdakı növləri var:
Spiral burğular - deşik açmaq və deşikləri genəltmək üçün istifadə olunur. Onların diametri 0,25 millimetrdən 80 millimetrə qədər olur.
Mərkəz burğuları - pəstahın (hissənin) mərkəzləşdirilməsi üçün deşik açılmasında istifadə olunur. Həmin burğular kombinə edilmiş şəkildə iki üzlü hazırlanır.
Lələk (yastı) burğular - əsasən, bel şəklində hazırlanır. Az istifadə olunur. Bərk tökmələrdə və döymə məmulatlarında deşik açmaq üçün tətbiq olunur.
Bərk xəlitələrdən lövhələri olan burğular - çuqunu, bərk poladları və s. deşmək üçün istifadə olunur. Onların diametri, əsasən, 3-50 millimetrə qədər olur. Uzunluğu diametrindən beş dəfə və çox olan deşiklər dərin deşiklər adlanır.
Dərin deşiklər açmaq üçün istifadə olunan burğular - əsasən, diametri 6-100 millimetrə qədər olur. Belə burğularla deşiklər xüsusi deşmə dəzgahlarından istifadə etməklə açılır.