2.2.4. Zenkerləmə
Zenkerləmə ilə deşiyin divarı və ya onun giriş hissəsi kəsmə ilə mexaniki emal edilir. Tökmə və ya döymə zamanı alınan deşiklər zenkerlənir. Bununla yanaşı, qabaqcadan açılmış deşiklər də zenkerlənir. Zenkerləmədə əsas məqsəd deşiyin ölçülərini və onun oxunun vəziyyətini dəqiqləşdirməkdir. Bununla yanaşı, deşiyin yan (giriş) hissəsini fasonlu formada emal etmək üçün tətbiq olunur. Vint başlıqları üçün çuxur hazırlamaq və s. məqsədi ilə zenkerləmə aparılır. Zenkerləmənin aşağıdakı növləri var:
Deşikləri genəltmək üçün istifadə olunan zenkerlər üçdişli və dörddişli olur. Üçdişli zenkerlərdən, əsasən, diametri 30 millimetrə qədər olan deşiklər üçün istifadə olunur. Dörddişli zenkerlər isə diametri 100 millimetr olan deşiklər üçün nəzərdə tutulur.
Silindrik səth əldə etmək üçün istifadə olunan zenkerlərdə yönəldici səth olur. Onu zenkerin gövdəsi ilə birgə hazırlayır. Bəzi hallarda isə konstruksiyası dəyişə biləcək formada hazırlanır. Konusvari deşik əldə etmək üçün istifadə olunan zenkerlərə bəzən zenkovkalar deyilir. Zenkovkaların bucağı 24=600 olur. Çox az hallarda bucaq 750, 900 və 1200 olur. Zenkovkalarda dişlərin sayı, əsasən, 6-12-ə qədər olur.
Yan səthləri təmizləmək üçün zenkerlərin yalnız yan üzündə dişləri olur. Bu zenkerlərin dişlərinin sayı diametrindən asılı olaraq 2, 4 və ya 6 olur.
2.2.5. Rayberləmə
Rayberləmədən yüksək dəqiqlik əldə etmək üçün istifadə olunur. Deşiklərin səthində təmizlik dərəcəsini yüksəltmək kəsmə ilə mexaniki emal prosesidir. Rayberləmədən əvvəl deşiklər emal olunmuş olur. Yəni deşmə və zenkerləmə işləri aparılmış olur. Rayberləmə zamanı deşiklərin divarlarından millimetrin onda bir hissəsi qalınlığında metal qat götürülür. Dəqiq və təmiz deşik almaq üçün rayberləmədə ardıcıl surətdə iki əməliyyat aparılır. Bu əməliyyatlar kobud və təmiz rayberləmədir. Emal ediləcək deşiyin formasından asılı olaraq rayberlər iki qrupa bölünür:
Rayberlər də zenkerlər kimi quyruqlu və ya taxma hazırlanır. Silindrik rayberin dişlərinin sayı cüt götürülür. Çünki bu zaman diametrinin dəqiq ölçülməsi təmin olunur.
Rayberlər tətbiq üsuluna görə iki qrupa bölünür:
Konstruksiyasına görə rayberlər iki qrupa bölünür: