2.3.2. Asbest - əsasən, tərkibi maqnezium və silisium oksidlərindən ibarətdir. Bununla yanaşı, tərkibində kalsium və dəmir oksidlərinə də təsadüf edilir. Asbest turşu və qələvilərin yüksək temperatur təsirinə davamlıdır. Asbestin ərimə temperaturu 1100-1400 dərəcə selsi hüdudundadır (Şəkil 2.42).
2.3.3. Laklar - qoruyucu səth yaradan maddələrin müxtəlif məhsullarla qarışdırılmasından alınır. Laklar təbii və süni olmaqla iki qrupa bölünür. Laklar korroziyaya qarşı davamlıdır (Şəkil 2.43).
2.3.4. Yağlar - sürtünən səthlər arasında sürtünməni azaltmaq üçün istifadə olunur. Yağlar yeyilməni azaldır. Bu da maşının iş müddətini artırır. Yağların əsas xarakterik göstəricisi özüllüyüdür (Şəkil 2.44).
2.4. Ağac emalı
Maşınqayırma sənayesində üzünməşəlli
materiallar kimi oduncaqdan geniş istifadə olunur.
Təbii oduncaq kimi müxtəlif ağac cinslərindən
istifadə olunur. Bu cinslərə şam, küknar, ağ şam,
torağacı, cökə, palıd və s. (Şəkil 2.45). kimi ağaclar
daxildir. Oduncaqdan ucuz boya əmələ gəlir.
Mexaniki fiziki və kimyəvi xassələrinə görə bir sıra
hissələrin hazırlanmasında geniş istifadə olunur.
Oduncağın bərkliyi, möhkəmliyi və elastikliyi
nisbətən yüksəkdir. Həcm çəkisi azdır. Oduncaq
duzların, spirtlərin bitki yağlarının və mineral
ağacların təsirinə davamlıdır. Kəsici alətlərin bütün
növləri ilə asanlıqla emal olunur. Yaxşı əyilir və yaxşı
bəzək-düzək qəbul edir.
Oduncağın çatışmayan cəhətləri aşağıdakılardır: