2.5.1.1. Yivli birləşmələr
Yivlə birləşdirmələrə aşağıdakılar daxildir:
Birləşmənin aparılması işin yerinə yetirilməsində tələb olunan vəziyyətdən asılı olur. Bu əsasən, birləşən hissələrin daxili və xarici səthlərindən asılı olur. Hal-hazırda silindrik və konusvarı birləşmələr var. Təyinatından asılı olaraq aşağıdakı birləşmələr ola bilər:
Bütün müxtəlif növ yivli birləşmələr, əsasən, iki qrupa bölünür:
Təyinatı dedikdə böyük profilli üçbucaq formalı, boruşəkilli və s. formalı ola bilər. Boruşəkilli metal hissələrin bir-biri ilə birləşdirilməsində yalnız yivlə birləşdirmədən istifadə olunur. Dəyişdirilməyən hissələrin birləşməsində yüklənmə nəzərə alınmaqla yivlə bərkitmə birləşmələri tətbiq olunur. Üçbucaq profilli hissələrin ən etibarlı birləşməsi üçün yivli birləşmələrdən istifadə olunur. Yüngül az etibarlılıq tələb edən birləşmələrdə trapesiya şəkilli yivlə birləşdirmələr tətbiq olunur.
2.5.1.2. Pərçim birləşmələr
Metalların pərçim birləşmələrində onlar tərpənməz şəkildə birləşdirilir. Bu birləşmələr zamanı hissələr bir-birinə möhkəm bərkidilir. Onları sındırıb dağıtmaq yolu ilə sökmək olur. Pərçim birləşməsində pərçim adlanan bərkidiçidən istifadə olunur. Pərçimdən istifadə olunmamışdan əvvəl silindrik başlığı olan mil (gövdə) formasında olur. Pərçimlərin başlığı müxtəlif formalarda olur. Formasına görə, əsasən, düz, gizli, yarımgizli və konusvarı başlıqlı hazırlanır (Şəkil 2.49).