İkinci başlıq hamarlanaraq siferik formaya salınır (Şəkil 2.51). Pərçimləmə zamanı pnevmatik çəkiclərdən də istifadə olunur (Şəkil 2.52). Bununla yanaşı, hidravlik və elektrik pərçimləmə maşınlarından istifadə etməklə hissələrin birləşdirilməsi aparılır (Şəkil 2.53, Şəkil 2.54). Bu üsulda daha yaxşı tikiş alınır. Çünki bu üsulda pərçimin bütün gövdəsi deformasiyaya uğrayır. Əl ilə pərçimləmədə isə gövdənin kənara çıxan ucu deformasiyaya uğrayır. Pərçim soyuduqda onun uzunluğu qısalır.
Pərçimlənən hissələr bir-birinə çox sıxılır. En kəsiyinin qısalması isə deşiklə pərçimin gövdəsi arasında ara boşluğunun yaranmasına səbəb olur. Lakin bu ara boşluq ilk ara boşluğundan çox az olur.
Pərçim birləşməsi apardıqda hissələr birbirindən eyni məsafədə olmaqla cərgələrdə yerləşdirilir.
Pərçimlər hissələr üzərində bir neçə yerdə aparıldıqda tikiş əmələ gətirir.
İş şəraitindən asılı olaraq tikişlər bir neçə qrupa bölünür:
2.5.1.3. Qaynaq birləşməsi
Hal-hazırda metalların qaynaq etmə ilə birləşdirilməsindən geniş istifadə olunur (Şəkil 2.55). Qaynaq etmə hissələrin birləşdiriləcək yerlərinin qızdırılması ilə aparılır. Bununla da qaynaq etməklə ayrılmayan səth birləşməsinin alınması yerinə yetirilir. Metalların qaynaq götürmə qabiliyyəti müxtəlif olur. Qaynaq götürmə qabiliyyəti dedikdə onları müəyyən temperatura qədər qızdırdıqda möhkəm birləşmə əmələ gətirmə xassəsi başa düşülür.