2.5.1.3.1. Qaz qaynağı ilə birləşmənin növləri
Əritmə ilə qaz qaynağında qaynaq edilən hissələrin kənarları ərimə temperaturuna qədər qızdırılır. Sonra qaynaq üçün istifadə olunan aşkar əriyib həmin səthə tökülür. Bərkidikdən sonra tikiş əmələ gətirir.
Metal hissələri qaynaq etməzdən əvvəl qaynaq ediləcək səthin çirkdən və yağdan təmizləmək lazımdır. Bununla yanaşı, qaynaq ediləcək səthin qıraqları çəpəki formaya gətirilməlidir. Qaynaq olunan hissələr arasında aşağıdakı formalı birləşmələr tətbiq olunur (Şəkil 2.56):
a) Ağız-ağıza birləşmə;
b) Bucaq formalı birləşmə;
c) Üst-üstə birləşmə;
d) Tavrşəkilli birləşmə
Qaz-pres qaynağı - Bu üsulda qaynaq edilən hissələr qaynaq alovu ilə plastik (bərk) hala salınana qədər qızdırılır. Sonra həmin hissələri bir-birinə sıxıb yapışdıran qüvvə tətbiq edilir. Qaz-pres qaynağından, əsasən, böyük diametrli boruları birləşdirmək üçün istifadə olunur.
Termit qaynağı - alüminium ilə dəmir yanığının tozları qarışığından ibarət olan termit vasitəsi ilə aparılır. Termitin yanması reaksiyası sürətlə gedir və güclü istilik ayrılır. Alüminium termitindən tramvay və dəmiryol xətlərinin relslərini qaynaq etmək üçün istifadə olunur.
2.5.1.3.2. Elektrik qaynağı ilə hissələrin birləşməsi
Metalların elektrik qaynağı ilə birləşdirilməsi geniş tətbiq olunur. Elektrik qövs qaynağından kənd təsərrüfatı maşınlarının və digər maşın hissələrinin hazırlanmasında geniş istifadə olunur. Elektrik qövsü ilə qaynaq edilən metallar sırasına demək olar ki, bütün konstruksiya poladları daxildir. Boz çuqun, bərk xəlifələr, mis, alüminium, nikel, titan və onların xəlitələri. Elektrik qövsü elektrodu qaynaq olunacaq hissəyə cəld toxundurub aralamaqla yaranır. Elektrik qövs qaynağı əl ilə aparılmaqla yanaşı, yarımavtomat və avtomat üsullarla aparılır. Elektrik kontakt qaynağı. Hissələr bir-birinə toxunduğu zaman qaynaq olunacaq yerdən cərəyan keçir. Bundan sonra alınan istilikdən qaynaq olunan hissəni qızdırmaq üçün istifadə olunur. Əsasən, aparılan kontakt qaynağı üç qrupa bölünür: