Elektrik şlank qaynağı Elektrik qövsü tətbiq edilmədən əritmə ilə baş-başa qaynaq üsuludur. Bu üsulda maye şlankdan cərəyan keçir. Bu zaman Coul-Lentc qanununa əsasən istilik çıxmasına əsaslanır.
Flüs altında avtomatik qaynaq - avtomatik qaynaq zamanı tikiş yerinə qövsün qabağına səpələnən flüs tökülür. Qaynaq prosesi flüs altında aparılır.
2.5.1.4. Yapışqanlardan istifadə etməklə metalların birləşdirilməsi
Metalların birləşdirilməsində yapışqanlardan istifadə olunması son dövrlərdə geniş yayılmışdır. Hissələrin hərəkətliliyindən və ölçülərindən asılı olmayaraq onların birləşdirilməsində yapışqanlardan istifadə olunur. Birləşmə birləşdiriləcək səthlər arasına xüsusi maddənin çəkilməsi ilə həyata keçirilir. Hissələrin birləşdirilməsində yapışqanlardan istifadə olunmasının aşağıdakı üstünlükləri vardır:
Bu gün mexaniki yığma işlərində ən çox EPD (ЭDП), BF (БФ)-2, 88 N (H) markalı yapışdırıcılardan istifadə olunur (Şəkil 2.57 və Şəkil 2.58). Yapışqanla birləşdiriləcək səth əvvəlcədən hazırlanmalıdır. Bu müxtəlif formalı birləşdirmədə keyfiyyətin təmin olunmasının ən başlıca şərtidir. Birləşdiriləcək səth çirkdən, yağdan və s. təmizlənməlidir. Təmizləmək üçün metal fırçalardan və sumbata kağızından istifadə olunur. Hissələri birləşdirmək üçün təmizlənmiş səth istifadə olunacaq yapışqanın növündən asılı olaraq müxtəlif mayelərlə silinir. Əgər 88 H markalı yapışqandan istifadə olunacaqsa, benzinlə silinir.