1.1.5. Claas Axion traktorlarının ötürmələr qutusundan istifadə qaydaları
Dəyişdiricinin (reversorun) 4 vəziyyəti var. Lövhənin mərkəzi pəncərəsində hərəkət istiqaməti müvafiq vəziyyətlərdə görünür (Şəkil 1.5):
А - İrəli hərəkət;
В - Reversorun neytral vəziyyəti;
С - Geriyə hərəkət;
D - Traktorun hərəkətinin dayandırılması zamanı dəstəyin çəkilmə istiqamətini göstərir.
İrəli hərəkətdən arxa hərəkətə keçmək üçün dəstəyi (1), A - vəziyyətindən birbaşa C vəziyyətinə keçirin.
Arxa hərəkətdən irəli hərəkətə keçmək üçün bu hərəkətləri tərsinə icra edin, dəstəyi (1) (C) vəziyyətindən (A) vəziyyətinə keçirin.
Dəstəyi (1) sükan çarxına tərəf (D) vəziyyətinə çəkdikdə traktorun hərəkəti dayanacaqdır.
Ümumi tələblər! Traktor, texnika və ya aqreqatları yalnız iş yerində idarə etmə qaydaları üzrə təlim keçmiş, 18 yaşı olan və vəsiqəsi olan şəxslər idarə edə bilərlər.
Aqroservis mütəxəssis digər maşını idarə etmək məqsədilə keçdikdə, dərəcəsindən və stajından asılı olmayaraq əvvəl həmin maşının idarə edilməsi üzrə təhlükəsizlik texnikası qaydaları haqqında təlimatlanmalıdır.
1.1.6. Case 420 Cotton Express pambıqyığan kombaydan istifadədən öncə təlimatlanma
Yeni maşın, texnika və aqreqatlardan (Şəkil 1.6) istifadə etməmişdən əvvəl onların kabinələrinin aşağıdakı tələblərə cavab verməsinə nəzarət etmək vacibdir: