1.2.3. Mütəxəssislər tərəfindən təlimatlanma və təhlükəsizlik texnikası
Diqqət! Kənd təsərrüfatı maşın, texnika və aqreqatlarından istifadədən əvvəl təlimatlanma təhlükəsizlik texnikası üzrə mütəxəssislər tərəfindən aparılır (Şəkil 1.9).
Təlimatın aparılması haqqında qeydiyyat xüsusi təlimat kitabında aparılır.
1.3. Səpin, əkin, şitil basdıran maşınlarla və traktorlarla aqreqatlaşan səpin, əkin, şitil basdıran maşınlarla işləməzdən öncə təlimatlanma
Səpin, əkin, şitil basdıran, kartof yumrularını basdıran maşınlarla iş zamanı baş verə biləcək təhlükəli tədbirlərin və bədbəxt hadisələrin qarşısının alınması vacib şətrdir. Odur ki, bu növ aqreqatlarda işləyəcək bütün işçilərin təlimatlandırılmasından bəhs edilir.
Yadda saxlayın ki, yeni maşın, texnika və aqreqatdan istifadə üzrə təlimatlar müxtəlif kənd təsərrüfatı maşın və mexanizmlərində fərqlidir (Şəkil 1.10).
Odur ki, müxtəlif əməliyyat yerinə yetirildikdə həmin aqreqatların işini bilən və təhlükəsiz istifadə etməyi bacaran şəxslər işləməyə buraxıla bilərlər.
Unutmayın! Traktor və ya aqreqatla işə başlamazdan əvvəl aqroservis mütəxəssis sükan mexanizmini, ilişmə muftasını, tormozları, hidravlik sistemi, kənd təsərrüfatı maşınının komplektliyini və yararlılığını yoxlayır (Şəkil 1.11).
Yadda saxlayın! Aqreqatda nəzərə çarpan nasazlığı aradan qaldırmaq üçün traktor dayanmış halda və kənd təsərrüfatı maşını torpaq üzərində olmalıdır (Şəkil 1.12).