Diqqət! Aqreqat işə başlamazdan əvvəl bütün işlək mexanizmlərin işə yararlılığını yoxlamaq məqsədilə sahədə yoxlama gedişi (5 - 10 metr uzunluğunda) edilməlidir (Şəkil 1.13).
Bu zaman meydana çıxan nasazlıqlar yalnız aqreqatın dayandırılmasından sonra aradan qaldırıla bilər.
1.3.1. Traktorlarla iş zamanı təlimatlanma
Traktoru işə salmazdan əvvəl surətlər qutusunun dəstəyinin neytral vəziyyətdə olmasına, asma aqreqat olduqda onun hidravlik asma sistemi paylayıcısının dəstəyinin neytral vəziyyətdə yerləşməsinə nəzarət edilir.
1.3.2. Ötürmələrin dəyişdirilməsi
Cebis lövhəsində qırmızı xətt (Şəkil 1.14, 1) yarandıqda bu, məhdud ötürmələri göstərir.
Məhdudiyyəti yenidən dəyişmək üçün Drivestick, ötürmənin + (A) funksiyasında olduqda ona təsir etmək lazımdır.
Misal: Cari ötürmə (B4) - dür, Drivesticklə ötürmənin funksiyasına təsir edib (B3) ötürməsini qoşmaq olar (ondan yüksək ötürmə məhduddur).
1.4. Kotan, mala, kultivator və taxıl səpən maşınla işləməzdən öncə təlimatlanma və təhlükəsizlik tədbirləri
Bu alt başlıqda müxtəlif markalı kənd təsərrüfatı maşınlarından istifadə etməzdən əvvəl işçilərin təlimatlandırılması öz əksini tapmışdır. Aqreqatın tarlada işi zamanı hansı şərtlərin gözlənilməsinin vacibliyi qeyd edilir. Təlimatlanmanın aparılması şərtləri bilavasitə həmin maşınların işi ilə əlaqəli olan şəxslərin öncədən təlimatlandırılması onların təhlükəsiz işi üçün zəmin yaradır.