Kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi texnologiyasında torpağın əsas becərilməsi, səpinqabağı becərilməsi, bitkilərin səpini və əkini, inkişaf dövründə bitkilərə qulluq edilməsi, alaqlarla mübarizə, bitkilərə yemləndirici gübrələrin verilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə, məhsulun yığılması işlərini yerinə yetirən bütün texnika ilə işləmək üçün onların istismarı üzrə təlimatlanmaq zəruridir.
Bu texnikalardan kotanlar, malalar, kultivatorlar, toxum səpən maşınlarla təlimatlanmanı nəzərdən keçirək.
Unutmayın! Aqreqatı işə salma anında ətrafda kənar şəxslərin olmamasına və s. əmin olunmalı, hərəkətə başlama anında xəbərdarlıq siqnalı verilməlidir.
Yadda saxlayın ki, xəbərdarlıq siqnalı bədbəxt hadisələrin qarşısının alınmasında mühüm rola malikdir.
1.4.1. Tarlada iş zamanı aqreqatın təmizlənməsi
Unutmayın! Tarla işlərində mala ilə işlədikdə işçilər təlimatlanmalıdır (Şəkil 1.15).
Yadda saxlayın! Bütün təmizləmə işləri aqreqatın dayanıq vəziyyətində aparılır.
1.4.2. Kotanlarla işləmək üçün aqroservis mütəxəssislərin təlimatlanması
Kotanlarla işləmək üçün aqroservis mütəxəssis təlimatlanmalıdır (Şəkil 1.16).
Təlimat xüsusi olaraq iş yerində təhlükəsizlik üzrə mühəndis tərəfindən aparılmaqla aqreqatın idarə edilməsindən əvvəl təlimatlanma ilə nəticələnməlidir.