1.4.3. Kultivatorla işləmək üçün aqroservis mütəxəssislərin təlimatlanması
Kultivatorla işlədikdə aqroservis mütəxəssis təlimatlanmalıdır (Şəkil 1.17).
Kultivatorların işçi orqanları kəsici tiyəyə malikdir. Oxvari şəkilli qazayağı pəncələrin hər iki tərəfi kəsən olur.
Bir tərəfli yastı kəsən pəncələr adından göründüyü kimi bir tərəfli kəsir.
Kultivatorlarla işləyən zaman zədələnməmək üçün xüsusi geyimdən və qoruyucu əlcəklərdən istifadə edilməlidir.
Kultivatorun işçi orqanlarının təmizlənməsi qaydaları, onun hərəkəti zamanı işçi orqanlarının təmizlənməsi haqqında aqroservis mütəxəssis və köməkçi işçilər xüsusi təlimat keçməli, son nəticədə təlimatlanmaya əmin olmaq məqsədi ilə sorğu keçirilməlidir.
1.4.4. Cərgəli pambıq çiyidi səpən maşınla işləyərkən təlimatlanma
Diqqət! Türkiyə istehsalı olan CANSA pambıq çiyidi səpən maşınlarında işə başlamazdan əvvəl işçilər toxum və gübrənin doldurulması, işçi orqanların işinin keyfiyyətinə nəzarət qaydaları və s. üzrə təlimatlanır.
Bu təlimatlanma işçinin bədbəxt hadisə ilə üzləşməsinin qarşısını alır (Şəkil 1.18).
Pambıq çiyidi ilə bərabər gübrə və alaqları məhv etmək üçün xüsusi herbisid verən qurğu quraşdırılmışdır.
Bu aqreqatla işləyərkən təhlükəsizlik tədbirlərinə əməl edilməlidir.
Sağ və sol markerlərdən istifadə qaydaları öyrənilməlidir.
Bir qayda olaraq çiyidin və gübrənin doldurulması sahənin kənarlarında aparılmalıdır.
1.4.5. Traktora qoşulmuş toxum səpənin səpici aparatına toxumun doldurulması
Diqqət! Traktorla aqreqatlaşmış cərgəli toxum səpəninin toxum qutusuna işçi vəziyyətdə toxum doldurulması qadağandır (Şəkil 1.19).
Toxum səpən aqreqatla işləməzdən əvvəl toxumun, gübrənin doldurulması, səpici aparatın işinə nəzarət və s. haqqında köməkçi işçilər iş yerində təhlükəsiz işin təmin edilməsi haqda xüsusi təlimat keçməlidir.