1.5. Taxılyığan, pambıqyığan və silos yığan kombaynlarla işləməzdən öncə təlimatlanma və təhlükəsizlik qaydaları
Bu alt başlıqda müxtəlif kənd təsərrüfatı məhsullarının yığımında istifadə edilən kombaynlarla işləməzdən öncə işçilərin bu aqreqatlarla iş zamanı baş verə biləcək bədbəxt hadisələrdən özlərini qorumağa istimətləndirilməsindən bəhs edilir. Eyni zamanda həmin aqreqatlarda işlərin yerinə yetirilməsində təhlükəsizlik qaydaları üzrə təlimatlanmanın müsbət cəhətləri də qeyd edilir.
1.5.1. Taxılyığan kombayn haqqında təlimatlanma
CLASS MEGA 350 taxılyığan kombaynlarında işlədikdə aqroservis mütəxəssislər təlimatlandırılır (Şəkil 1.20).
Taxılyığan kombaynları idarə etmək üçün 18 yaşı olan, idarə etmə hüququ verən sürücülük vəsiqəsi və kombaynın quruluşu və istismar qaydaları haqqında təlim keçdiyini göstərən sertifikatı olan və iş yerində təhlükəsizlik qaydaları üzrə mütəxəssis tərəfindən xüsusi təlimat keçmiş şəxslərə icazə verilir.
1.5.2. Silos yığan kombaynla təlimatlanma
Silos yığan kombaynın bir neçə işçi orqanı vardır. Otu və ya silosluq qarğıdalını biçmək, xırdalamaq və nəqliyyat vasitəsinə yükləmək. Əvvəlcədən biçilib tirədə soluxdurulmuş otu yığıb, xırdalayıb nəqliyyat vasitəsinə yükləmək. Bütün hallarda özüyeriyən kombaynla işləyərkən təlimat keçmək və kombaynla iş qaydasını mənimsəmək lazımdır.
Diqqət! Silos yığan kombaynlarla işlədikdə təhlükəsizlik qaydaları üzrə təlimatlanma (Şəkil 1.21).
Yadda saxlayın ki, silos yığan kombaynlarla işləməzdən əvvəl bütün təlimatların mütəxəssis tərəfindən aparılması vacibdir.