1.5.6. Yanğın təhlükəsizliyi
Diqqət! “Cotton Ekspress 420” pambıqyığan kombaynları ilə işləməzdən əvvəl sahədə yanğın və digər bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə aqroservis mütəxəssis təhlükəsizlik qaydaları üzrə tam təlimat keçməli və təlimatlanma haqda xüsusi kitabda imza atmalıdır (Şəkil 1.25).
Pambıqyığan kombaynlarda yanmış qaz çıxan boruya qığılcımsöndürücü və qoruyucu örtük quraşdırılmalıdır.
1.6. Zəhərli maddələrlə iş zamanı və yanğından mühafizə hallarında təlimatlanma
Bu alt başlıqda kənd təsərrüfatı məhsullarının ziyanvericilərinə qarşı mübarizədə istifadə edilən zəhərli maddələrlə iş zamanı təlimatlanmadan bəhs edilir. Eyni zamanda işçilərin zəhərli maddələrdən qorunması tədbirləri göstərilir. Aqreqatlarla iş zamanı yanğından mühafizə üzrə təlimatlanma şərtləri açıqlanmışdır.
Unutmayın! İşə başlamadan əvvəl işçilər təlimatlanmalı və yalnız 18 yaşdan yuxarı yeniyetmələr kəskin təsirli zəhərli maddələrlə işləmək üçün təlimatlanır (Şəkil 1.26).
Təlimatlanmada zəhərli maddələrlə iş prinsipi, zəhərin çənə doldurulması və çəndən boşaldılması qaydaları haqqında təhlükəsizlik qaydalarından təhlükəsizlik üzrə mütəxəssis təlimat aparmalı və təlimatın qavranılma səviyyəsi yoxlanılmalıdır.
Diqqət! Kənd təsərrüfatı məhsullarının becərilməsində xəstəlik və zərərvericilərlə mübarizədə kəskin zəhərli maddələrdən istifadə edildiyi üçün onları torpağa verən aqreqatlarla işə başlamazdan əvvəl həmin aqreqatda çalışan işçilər təhlükəsizlik qaydalarından xüsusi təlimat keçməlidir (Şəkil 1.27).
Yadda saxlayın! Kəskin zəhərli maddələrin açıq yerdə, asqı altında, nəm ərazilərdə saxlanılması qadağandır.