1.6.1. Zəhərli kimyəvi maddələrlə işləyərkən qoruyucu geyimlər
Diqqət! Kəskin zəhərli maddələr onlar üçün ayrılmış xüsusi yerlərdə saxlanılmalıdır (Şəkil 1.28). Kəskin zəhərli maddələr saxlanan ərazidə xəbərdaredici və qoruyucu nişanlar qoyulur.
1.6.2. Yanğından mühafizə tədbirləri!
Yeni maşın, texnika və avadanlıqlarla işləməzdən əvvəl aqroservis mütəxəssis və digər köməkçi işçilər yanğından mühafizə üzrə təhlükəsizlik qaydaları üzrə xüsusi təlimatlanma keçməlidirlər (Şəkil 1.29).
Hər bir aqroservis mütəxəssis işə başlamazdan əvvəl yanğın təhlükəsizliyi qaydalarını, yanğın söndürmə üsullarını bilməli və aqreqatın yanğınsöndürmə qurğuları ilə təmin edilməsinə tam əmin olmalıdır.