Rayonunuzda istifadə edilən müasir traktorla işləməzdən əvvəl tələb edilən təlimat ilə tanış olun və əsas şərtləri yadda saxlayın;
Yaxınlıqdakı fermer təsərrüfatında istifadə edilən yeni maşın, avadanlıq və aqreqatlarla işləməzdən öncə təlimatın qaydaları ilə tanış olun;
Toxum səpən, şitil basdıran maşınlarla işləməzdən öncə təhlükəsizlik qaydaları ilə tanış olun;
Traktorun güc ayıran valından hərəkətə gətirilən kənd təsərrüfatı maşınları ilə işləməzdən öncə təlimatlanmanın aparılması qaydaları ilə tanış olun;
Rayonunuzda istifadə edilən taxılyığan, pambıqyığan və ya silos yığan kombaynlarla işləməzdən öncə təlimatlanma şərtləri ilə tanış olun, ümumi cəhətləri qeyd edin;
Rayonunuzda istifadə edilən taxılyığan, pambıqyığan və ya silos yığan kombaynlarla işdən sonra işçi orqanların texnoloji qalıqlardan (bitki qalıqlarından, torpaqdan) təmizlənməsi qaydalarını sadalayın;
Hərəkətli hissələrdə, fırlanan mexanizmlərdə nizamlama işləri apararkən təhlükəsizlik qaydalarını izah edin;
Zəhərli - kimyəvi maddələr səpən texnika ilə iş zamanı zəhərlənmələrdən qorunma tədbirlərini sadalayın;
Aqreqatın işi zamanı yanğından mühafizə qaydaları haqqında məlumat verin;
Sərbəst tapşırıqlar üzrə əldə etdiyiniz nəticələri qrup yoldaşlarınızla müzakirə edin.