2.1.2. Soyuducu mayenin genişləndirici qabı
Yadda saxlayın! Mühərrik işlədiyi zaman onun temperatur göstəricisi qırmızı rənglə işarələnmiş təhlükəli zonaya yaxınlaşmalı deyil.
Əgər əqrəb bu zonaya yaxınlaşarsa mühərrik mütləq dayandırılmalıdır.
Radiatorun örtüyü (toz, ot və s.) təmizlənir, su nasosunun qayışı və mühərrikdə soyuducu mayenin səviyyəsi yoxlanılır (Şəkil 2.2):
A - Soyuducu mayenin maksimum səviyyəsi;
B - Soyuducu mayenin minimum səviyyəsidir.
Əgər səviyyə maksimum A - dan aşağıdırsa, ona soyuducu maye əlavə edilir.
CLASS AXİON 820 traktorunun hərəkət ötürücüsü (transmissiya) menyusunda (1) “Mühərrikin yaddaşı“ alt menyusu fırlanan düymənin (2) köməyi ilə seçilir. Mühərrikin rejiminin yaddaşı 850 - dən 2350 dövr/dəq. addım 50 dövr/dəq. seçilir (Şəkil 2.3).
Unutmayın! Mühərrikin yaddaşında onun iş rejiminə uyğun gələn dövr sürəti seçilməlidir.
2.1.3. Mühərrikin cari tənzimləmə ekranının quruluşu
Diqqət! Şəkil 2.3 - ə uyğun olaraq (1) və (2) düymələri mühərrikin quruluşunu yada salmaqla cari tənzimləmə ekranda (3) - də işıqlanır. “Hexativ” avtomatik cari tənzimləmə ardıcıl icra edilir (Şəkil 2.4):