Qeyd: Traktorun əvvəlcədən tənzimlənmiş işəsalma anında işçi və nəqliyyat rejimində ekranda (3) - də göstərilir.
2.2. Hidravlik və elektrik sistemində birləşmələrin yoxlanması
Bu alt başlıqda mühərrikin hidravlik sisteminə, yağının səviyyəsinə, yağın təzyiqinə nəzarət edilməsi qeyd edilir. Hidravlik sistemin süzgəcinin çirklənməsinin yoxlanılmasının vacibliyi qeyd edilir. Eyni zamanda baş verə biləcək nasazlıqların aradan qaldırılması da göstərilir.
2.2.1. Aqreqatın hidravlik sisteminə nəzarətin yerinə yetirilməsi
2.2.1.1. Mühərrikin hidravlik sistemində yağın səviyyəsinin müəyyənləşdirilməsi
Ekranda (2) xəbərdarlıq olduqda mühərrik söndürülür. Yağın səviyyəsi minimum ölçüdən aşağı olduqda CLASS - ın servis şəbəkəsindən məsləhət alınmalı və yağ əlavə edilməlidir (Şəkil 2.5).
Alçaq təzyiqli hidravlik sistemində yağın təzyiqini göstərən siqnal olduqda arxa körpünün yağlama təzyiqinin lazımi səviyyədə olmadığına işarədir.
2.2.2. Mühərrikin hidravlik sisteminin süzücü elementlərinin çirklənməsinin müəyyən edilməsi
Unutmayın ki, traktorun hidravlik sistemin süzücü elementlərinin hər hansı biri çirkləndikdə şəbəkədə xəbərdarlıq nişanı görünür. Hidravlik sistemin süzgəci “Combo” 4 - 10 mikrometr ölçüdə hissəciklərin 99,9 faiz süzülməsini təmin edir (Şəkil 2.6).
Müasir mühərriklərdə hava ilə toz və digər çirkləndiricilərdən qorunmaq üçün “Donaldson” hava süzgəcləri quraşdırılır.
Hava süzgəcindəki 1 - 3 rəqəmləri ilə müxtəlif ölçülü süzücü elementlər işarə edilmişdir.