Şəkil 2.19 - da R - traktorun dönmə radiusudur;
Bu halda traktorun oxu deyil təkərləri oxa nəzərən dönür
Y1 və Y2 uyğun olaraq qabaq istiqamətverici daxili və xarici təkərlərin traktorun uzununa - oxuna nəzərən dönmə bucağıdır.
2.4.2. Traktorun qabaq oxunun çərçivəyə nəzərən mümkün yerdəyişməsinin yoxlanılması
Traktorun qabaq oxunun çərçivəyə nəzərən mümkün yerdəyişməsi yoxlanılmalıdır.
Bu halda traktorun qabaq oxu təkərlə birlikdə traktorun uzununa oxuna nəzərən dönə bilir (Şəkil 2.20).
Şəkildə (+) Y3 - qabaq oxun sola, ( - ) Y3 - qabaq oxun sağa yerdəyişməsini göstərir.
2.4.3. Traktorun dönmə hərəkətinin məhdudlaşdırıcısının tənzimlənməsi
Unutmayın! Traktorun dönmə hərəkətini təmin edən dönmənin məhdudlaşdırıcısının tənzimlənməsi təhlükəsiz iş üçün vacibdir.
Traktorun qabaq körpüsünün dönmənin məhdudlaşdırıcısı tənzimləndikdə aşağıdakı ardıcıllıqda işlər yerinə yetirilir (Şəkil 2.21):