2.4.4. Traktora aqreqatlaşan texnikanın
nasazlığının yoxlanması
Texnika traktora aqreqatlaşdırılmazdan öncə vəziyyəti yoxlanılır.
Bu zaman bir sıra ardıcıl işlər yerinə yetirilir.
Qoşma və ya asma olmasından asılı olmayaraq əməliyyatı yerinə yetirən kənd təsərrüfatı maşınının bərkimə hissələri yoxlanılır. Hidravlik sistemi barsa sistemin elementlərinin bərkiməsi, hermetikliyi yoxlanılır.
İşçi orqanları traktorun GAV - dan hərəkətə gətirilirsə kardan ötürməsi yoxlanılır və etibarlı birləşdiyindən əmin olmaq lazımdır.
İşçi maşının becərmə dərinliyinə düzgün nizamlandığı yoxlanılır.
Məsələn, kotanın gövdələri şumlama dərinliyinə nizamlanır. Bu məqsədlə kotanın dayaq təkəri şumlama dərinliyi səviyyəsində (23 - 30 santimetr) qaldırılır, altına həmin hündürlükdə taxta qoyulur, sonra kotan gövdələrinin gavahınlarının burnu yer səthinə toxunana kimi aşağı salınır və həmin vəziyyətdə təkər bərkidilir (Şəkil 2.22). Yoxlama şumu aparılır və şumun dərinliyi xətkeşlə ölçülür.
2.5. Taxılyığan və pambıqyığan kombaynların istifadəsindən əvvəl işçi orqanlarının işə yararlığının yoxlanılması
Bu alt başlıqda taxılyığan, pambıqyığan kombaynların istifadəsindən əvvəl işçi orqanların işə yararlılığının yoxlanılmasının vacibliyi göstərilir. Kombaynların hərəkət ötürücü mexanizmlərinin tənzimlənməsinin əhəmiyyəti və xüsusiyyətləri verilir. Pambıqyığan kombaynlarda pambığın sorulma dərəcəsinin kombaynın keyfiyyətli işinə təsiri göstərilir. Pambıqyığan kombaynlarda şpindellərin ara məsafəsinin normal olmasının vacibliyi qeyd edilir.
Taxılyığan kombaynlarda taxılın biçilmə hündürlüyü, biçən hissənin torpaqdan olan hündürlüyü ilə tənzimlənir. Biçən hissə kabinədən aqroservis mütəxəssis tərəfindən proses boyu idarə edilir.
Taxılın döyülmə keyfiyyəti döyən aparatda barabanla baraban altlığı arasında qoyulmuş ara boşluğundan asılı olur. Yığılan bitkinin dəninin ölçüsündən asılı olaraq bu ara məsafəsi dəyişir.
İşə başlamazdan əvvəl bu mexanizm və qovşaqların düzgün nizamlanması yoxlanılmalıdır.
Pambıqyığan kombaynlarda pambığı koldan ayıran işçi orqanınm barmaqlı və ya şpindelli ayırıcının işinin keyfiyyəti pambığı tam olaraq yığması ilə müəyyən edilir. Həmçinin pambığın təmiz yığılması əsas hesab edilir. Bu barmaqların fırlanma sürəti dişlərinin itiliyi ilə müəyyən edilir.