2.5.1. Taxılyığan kombaynın işçi hissələrinin yararlılığına nəzarət
Yadda saxlayın! CLASS MEQA 350 taxılyığan kombaynların istifadəsindən əvvəl onun biçən aparatı, şnek, maili kamera, döyən aparat, dən və sünbül elevatorları və şnekləri, dən təmizləyici qurğu və s. hissələrin işə yararlılığı yoxlanılmalıdır (Şəkil 2.23).
Biçən aparatın seqmentləri və barmaqları yeni və yararlı olmalıdır, qırılmış və əyilmiş seqmentlər və barmaqlar yenisi ilə dəyişdirilməlidir.
Baxış zaman aşkar edilən nizamsızlıqlar aradan qaldırılmalı və tənzimlənməlidir.
Taxılyığan kombaynın, cəhrəsinin fırlanma sürəti kombaynın sürətinə nəzərən tənzimlənməlidir. Variatorların nizamlığı araşdırılmalıdır. Barabanın qayışlarının keyfiyyəti, sazlığı yoxlanmalıdır.
Döyən aparatın barabanı üzərində olan qamçılı tamasaların vəziyyəti yoxlanmalıdır.
2.5.2. Taxılyığan kombaynın hərəkət ötürücü mexanizmlərinin tənzimlənməsi
Yadda saxlayın! CLASS MEQA 350 taxılyığan kombaynların istifadədən əvvəl bütün hərəkət ötürücü mexanizmləri tənzimlənməli və işə hazırlanmalıdır (Şəkil 2.24).
Buraya dişli, zəncir, qayış ötürmələrinin tənzimlənməsi daxildir.
Qayışların və zəncirlərin tarımlığı və keyfiyyəti araşdırılmalıdır.
Unutmayın! Pambıqyığan kombaynın istismarından əvvəl pambığın sorulma dərəcəsinin yoxlanılması kombaynın keyfiyyətli işinin təminatıdır.
Pambıqyığan kombaynın istismardan əvvəl pambıq sorucu boruların sorma qabiliyyətinin nasazlığı yoxlanılır.
Borunun sorma aralığı pambığın sürətli sorulma prosesinə maneçilik etməməlidir.
Yadda saxlayın! Kənd təsərrüfatı texnikası istismarından əvvəl yağlama, bərkimələrin dartılması və s. nizamlama işləri reqlamentə müvafiq qaydada aparılır (Şəkil 2.25).