Unutmayın! İstifadədən əvvəl Pambıqyığan kombaynların işlək sistemi və mexanizmləri texniki reqlamentə ciddi əməl olunmaqla yoxlanılır.
2.5.3. Pambıqyığan kombaynın şpindelinin ara məsafəsinin nizamlanması
Yadda saxlayın! İstifadədən əvvəl pambıqyığan kombaynın nasazlıqlarının yoxlanılması, şpindelin ara məsafəsinin nizamlanması aparılır.
Şəkil 2.26. Pambıqyığan kombaynın
şpindelinin təmizləyici fırçası
Diqqət! ”Cotton Ekspress 420” pambıqyığan kombaynın istismardan əvvəl şpindelləri xüsusi təmizləyici fırça ilə tam təmizlənir (Şəkil 2.26).
Sərbəst iş üçün tapşırıqlar
- Rayonunuzda istifadə edilən yeni maşın və avadanlıqlardan istifadədən öncə nizamlama işlərinin aparılması ilə tanış olun;
- Yaxınlıqdakı fermer təsərrüfatında traktorun asma mexanizmi və hidravlik sistemin hissələrinin yoxlanılmasını yerinə yetirin;
- Traktorun akumulyator batareyası, starter və generatorun işə yararlılığının yoxlanılmasını elektrik çilingərinin köməyi ilə yerinə yetirin;
- Traktorun hərəkət hissəsinin və dönmə mexanizminin tənzimlənməsində iştirak edin və nəticə verin;
- Taxıl yığımı mövsümündə taxılyığan kombaynın biçən hissəsinin işçi elementlərinin nizamlanmasında iştirak edin;
- Taxılyığan kombaynın döyən aparatının işçi hissələrinin tənzimlənməsində iştirak edin;
- Pambıqyığan kombaynın yığan aparatlarının işçi hissələrinin tənzimlənməsində iştirak edin;
- Təsərrüfatların birində olan traktorun təkərlərində olan təzyiqin yoxlanmasında istifadə etdiyiniz alətləri sadalayın;
- Rayonunuzdakı təsərrüfatların birində istifadə edilən hər hansı aqreqatın 1 saat ərzindəki məhsuldarlığını müəyyən edin;
- Alınan nəticələri qrup yoldaşlarınızla birlikdə müzakirə edib müqayisə edin.