Nəzəri biliklərin qiymətləndirilməsi
Test 2
Sual 1. Mühərrikin hərəkət rejimi “Hexativ” - in işçi diapazonunu keçdikdə və aşağı diapazonu keçərsə:
A) Hər iki qoşucu avtomatik işdən kənarlaşır;
B) Yuxarı ötürücü avtomatik işə qoşulur;
C) Aşağı ötürücü avtomatik işə qoşulur;
D) Yuxarı və aşağı ötürücü avtomatik işə qoşulur.
Sual 2. Class Axion 820 traktorunun mühərrikinin yaddaşı və addımı hansı hüdudda olmalıdır?
A) 850 - 1350 dövr/dəq və 50 dövr/dəq;
B) İstənilən səviyyədə yaddaş (0 - 2000 dövr/dəq)və addımda (0 - 100 dövr/dəq);
C) Mühərrikin maksimum yüklənməsində (2000 dövr/dəq) və ən yüksək addımda (100 dövr/dəq);
D) Mühərrikin minimum yüklənməsində (300 dövr/dəq) və ən kiçik addımda (10 dövr/dəq).
Sual 3. Hidravlik sistemin süzgəci “Combo” hansı ölçüdə hissəciklərin süzülməsini təmin edir?
A) 4 - 10 mikrometr;
B) 10 - 20 mikrometr;
C) 15 - 25 mikrometr;
D) 1 - 4 mikrometr.
Sual 4. Akumulyatorun sıxlığı hansı aparatla ölçülür və nə qədər olmalıdır?
A) Ampermetrlə, qışda 1,15, yayda 1,36 q/sm3;
B) Voltmetrlə, qışda 1,21, yayda 1,16 q/sm3;
C) Areometrlə, qışda 1,31, yayda 1,26 q/sm3;
D) Barometrlə, qışda 2,55 yayda 4,56 q/sm3.
Sual 5. Starterin işə yararlılığını yoxlamaq üçün cihaz.
A) Areometr;
B) Voltmetr;
C) Ampermetr;
D) Barometr.
Sual 6. Class Axion 820 traktorun təkərlərarası izlərinin minimum və maksimum həddini göstərin:
A) Minimum həddi - 1797 millimetr, maksimum həddi – 1941 millimetr;
B) Minimum həddi - 1050 millimetr, maksimum həddi – 1120 millimetr;
C) Minimum həddi - 1750 millimetr, maksimum həddi – 2940 millimetr;
D) Minimum həddi - 2700 millimetr, maksimum həddi – 3900 millimetr.