3. Maşın, texnika və ya aqreqatlardan istifadə
Bu təlim elementində maşın, texnika və ya aqreqatlardan istifadə edilməsinin əsas xüsusiyyətləri verilir. Asma sisteminə qoşulmuş kənd təsərrüfatı maşınından istifadə zamanı təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyi qeyd edilir. Kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi məqsədi ilə aqreqatın tarla hərəkətini idarə etmək bacarığı haqqında mexanizatorun təlimatlandırılmış olması göstərilir. Səpin əməliyyatı və digər əməliyyatları icra etdikdə tənzimləmə işlərinin təhlükəli olması qeyd edilir. Iş zamanı xüsusi qoruyucu vasitələrdən istifadənin vacibliyi göstərilir. Aqreqatın ictimai yol nəqliyyatı ilə birlikdə hərəkətinin tənzimlənməsi, qarlı yolda hərəkətinin tənzimlənməsi verilir.
Sürücülərin iş müddətində əməyin rahat təşkil edilməsi məqsədi ilə texnikanın, xüsusi ilə traktorların və kombaynların kabinələrinin rahatlığı təmin edilməlidir. Kabinədə idarəetmə orqanları, cihazlar lövhəsi elə yerləşdirilməlidir ki, sürücü aqreqatın işinə işçi orqanların işinə nəzarət edə bilsin və aqreqatı rahat sürə bilsin. Kənd təsərrüfatı əməliyyatlarının yerinə yetirilməsində köməkçi işçilərin təhlükəsizliyini təmin edə bilsin. Maşınların gücündən səmərəli istifadə etməklə, aqreqatlaşdırılmış maşının və yerinə yetirilən əməliyyatın güc tələbatından asılı olaraq traktorun effektiv yüklənməsini təmin edə bilsin. Traktorların və kombaynları nəzarət cihazlarının göstərişini başa düşsün və onların norma daxilində və ya normadan kənar olduğu haqda qərar verə bilsin. Kənd təsərrüfatı maşınlarının istifadəsi zamanı onların məhsuldarlığının yüksək olmasını təmin edə bilsin. Mexanizator aqreqatın işi zamanı yaranan səs və spesifik iydən texnikanın nasazlığı haqqında fikir yürüdə bilməlidir.
3.1. Maşın texnika və aqreqatlardan istifadə zamanı təhlükəsizlik tədbirləri
Bu alt başlıqda traktorun asma sistemindəki maşından istifadəsi zamanı təhlükəsizlik tədbirlərinə aid olan əməliyyatların icrasından bəhs edilir. İşçi orqanların təmizlənməsinin yalnız aqreqatın dayanıqlı halında aparılması vurğulanır. İşi icra etmək üçün traktorçunun təlimatda keçdiyi qaydalara əməl etməsinin vacibliyi qeyd edilir. Aqreqatın təhlükəsiz işinin təmin edilməsi məqsədilə hərəkət zamanı qadağan edilmiş işlərin görülməsinə icazə verilməməsi göstərilir.
Təhlükəsizlik tədbirlərinə sürücünün həyatı üçün təhlükəli halların aradan qaldırılması, qəza şəraitlərinin qarşısının alınması, köməkçi işçilərin təhlükəsizliyinin təmin edilməsi, idarəetmə zamanı müxtəlif funksiyaların yerinə yetirilməsi, və onların koordinasiya edilməsi, traktorun normal işini təmin edən soyutma, yağlama və qidalanma sistemlərinin işinə nəzarət edilməsi aid edilir.
Diqqət! Bu təlim elementində Almaniya istehsalı CLASS AXİON 820 traktoru və ona qoşulacaq hər hansı kənd təsərrüfatı maşınlarından istifadə haqqında məlumat verilir.
3.1.1. Texnika ilə işləyərkən təhlükəsizlik tədbirləri
CLAAS Axion 820 traktorunun asma sistemindəki kənd təsərrüfatı maşınından istifadə zamanı təhlükəsizlik tədbirlərinə aid bir sıra əməliyyatlar yerinə yetirilir (Şəkil 3.1):