3.1.11. Taxıl (silos, qarğıdalı və s.) məhsullarını kombaynlarla işlədikdə təhlükəsizlik tədbirləri
Diqqət! Taxıl, pambıq silos, qarğıdalı və s. yığan kombaynlarla işlədikdə biçicinin, maili kamerasına yığıcıya yaxınlaşmaq və digər mexanizmlərini tənzimləmək və təmir etmək qadağandır (Şəkil 3.11).
3.2. Aqreqatın və özüyeriyən texnikanın magistral yolda hərəkətinin təhlükəsizliyi
Kənd təsərrüfatı texnikası iş yerinə gedərkən, dislokasiyasını dəyişərkən magistral yollardan istifadə edir.
Bu alt başlıqda aqreqat magistral yolda hərəkət edərkən aqroservis mütəxəssisin yol hərəkəti qaydalarına riayət etməsi qeyd edilir. Eyni zamanda məcburi dayanma halları zamanı təhlükəsizlik tədbirlərinin gözlənilməsi şərtləri verilir. Buzla örtülmüş yolda hərəkət etmə qaydaları göstərilir. Yaşayış məntəqəsində hərəkət etdikdə təhlükəsizlik qaydalarına əməl etmək üçün qaydalar verilir.
3.2.1. Aqreqatın magistral yolda hərəkəti
Diqqət! Aqreqat ictimai yol nəqliyyatında hərəkət etdikdə onu idarə edən aqroservis mütəxəssis yol hərəkəti qaydalarına əməl etməlidir (Şəkil 3.15). Qəza təhlükəsi siqnalı qoşulmalıdır.
3.2.2. Aqreqatın “Məcburi dayanma” anında qəza səs siqnalının yandırılması
Unutmayın! Aqreqatda texniki nasazlıq, daşınılan yükün törədəcəyi təhlükə, yolda yaranmış maneələr və s. halında “Məcburi dayanma” edilir. “Dayanmaq qadağandır” nişanı olan yerdə aqreqatın məcburi dayanması anında qəza səs siqnalı yandırılır (Şəkil 3.16).