3.2.6. Yaşayış məntəqəsini keçdikdə hərəkət etmə sürətinin məhdudiyyəti və saxlanılması
Diqqət! Yaşayış məntəqəsini keçdikdə hərəkət sürətini məhdudlaşdıran nişandakı 30 kilometr/saat sürətlə hərəkət məcburidir (Şəkil 3.20).
3.2.7. Magistral yolda və küçədə hərəkət zamanı ötmə qaydalarına ciddi əməl edilməlidir.
Unutmayın! Aqreqat ictimai yol nəqliyyatında hərəkət etdikdə ötüb keçmə əməliyyatına icazə verilmir. (Şəkil 3.21)
Bu qarşıdan gələn və ötüb keçilən nəqliyyat vasitəsinin və maşın traktor aqreqatının hərəkəti üçün təhlükəlidir.
3.2.8. Oturacaqda aqroservis mütəxəssisin oturma vəziyyəti
Bu alt başlıqda aqroservis mütəxəssisin işə başlamazdan əvvəl oturacağın tənzimlənməsinin aparmasının vacibliyi göstərilir. Müxtəlif markalı kombaynların işində əlaqəli funksiyaların yerinə yetirilməsini bacarmaq qabiliyyətinin olması qeyd edilir. Həmin maşınların işçi orqanlarının işçi vəziyyətdə olmasına nəzarət edilmənin vacibliyi göstərilir.
Diqqət! Aqreqatı idarə edən sürücü oturacaqda oturduqda rahat oturmalı və belini arxaya söykəməklə düzgün vəziyyətdə saxlamalıdır. Aqroservis mütəxəssis idarə etmə kabinasında oturmamışdan əvvəl oturacağı önə - arxaya tənzimləyən dəstəkdən istifadə etməli, tənzimləməni apardıqdan sonra oturacaqda oturmalıdır (Şəkil 3.22).