3.2.9. Traktorun kabinasında sürücü yeri
Sürücünün rahat işləməsi üçün kabinaya tam təminat verilməlidir (Şəkil 3.23).
3.3. Maşında müxtəlif funksiyaların istifadəsi
3.3.1. Aqroservis mütəxəssisin idarə etdiyi maşındın digər əlaqəli funksiyalardan istifadə etməsi
Yadda saxlayın ki, aqroservis mütəxəssisin idarə etdiyi maşında əsas işin icrası ilə əlaqəli funksiyalardan istifadə etmə qabiliyyəti olmalıdır. Başqa sözlə aqreqatlaşdırılmış texnikanı işə qoşmaq, dönmələrdə və sahələr arası keçidlərdə işçi vəziyyətdən çıxarıb nəqliyyat vəziyyətinə keçirtmək, işçi orqan hərəkət tələb edirsə traktorun güc ayıran valını qoşmaq və ayırmaq və s. funksiyaları yerinə yetirə bilməlidir.
Asılan texnikanı idarə etmək, yəni qaldırmaq, endirmək, üzücü vəziyyətə qoymaq üçün traktorun hidravlik asma sisteminin paylayıcısını müvafiq vəziyyətlərə qoymağı bacarmalıdır.
Taxılyığan, pambıqyığan və digər kombaynlarla işləyən zaman kombaynın bunkeri dolduqdan sonra məhsulun nəqliyyat vasitəsinə boşaldılması, boşaldıcı qurğunun işə salınması və geriyə qaytarılmasını icra edə bilməlidir.
3.3.2. Əsas əməliyyatla əlaqəli digər funksiyaların yerinə yetirilməsi
Məsələn, CLASS AXİON 820 və HASSİA 2,5 MTR aqreqatın sahədə toxum, gübrə, yanacaq ilə doldurulma qaydalarını bacarmalıdır (Şəkil 3.24).
Yığım aqreqatında yığılmış məhsulu, onu dayandırmadan nəqliyyat vasitəsinə boşaltmağı koordinasiya etməlidir.
Bu zaman hər iki sürücü sahədə hərəkət sürətinin optimal variantından istifadə etməklə işin icrasının keyfiyyətlə təmin edilməsinə əmin olmalıdır.