3.5.1. Pambıqyığan kombaynın işçi orqanlarının iş vəziyyətində olması
Pambıqyığan kombaynın işi zamanı onun işçi orqanları işçi vəziyyətdə olmalıdır.
Diqqət! JOHN DEERE 9970 pambıqyığan kombaynın işi zamanı onun işçi orqanlarının tam işçi vəziyyətdə olmasına əmin olun (Şəkil 3.27).
3.5.2. Pambıqyığan kombaynın texnoloji iş prosesi
Cərgəyə istiqamətlənmiş yığan aparatın şpindelləri pambığı öz üzərinə sarıyaraq götürür və sorucu sistem aparatdan ayıraraq bunkerə yönəldir.
Unutmayın! JOHN DEERE 9970 pambıqyığan kombaynların işində şpindellərin işlək vəziyyətdə olması pambıq itkisinin qarşısını alır, pambığın liflərinin zədələnmədən və itkisiz yığımını təmin edir (Şəkil 3.28).
3.5.3. Kombaynın fasiləsiz işinin təşkili
Kombaynın bunkeri dolduqda onu dərhal boşaltmaq lazımdır ki, vaxt boş keçməsin. Yəni kombayn bunkerini boşaltmaq üçün nəqliyyat vasitəsi gözləməsin. Bunun üçün nəqliyyat vasitələri olmalıdır və kombaynın bunkeri dolanda ona yaxınlaşıb pambığı qəbul etməlidir.
İşi elə təşkil etmək lazımdır ki, kombaynın bunkerini boşaltmaq üçün qoşqu gözləməsin.
Qoşqunun kombayn bunkerinin dolmasını 5 - 10 dəqiqə gözləməsi məqsədə uyğundur. Nəinki dolu kombaynın qoşqunu gözləməsi.
Kombaynın boş dayanması pambığın itkisi deməkdir, pul itkisi deməkdir.
Yadda saxlayın! JOHN DEERE 9970 kombaynının təmiz işi tarlada fasiləsiz əməliyyatların təşkilindən asılıdır (Şəkil 3.29):