3.6.2. Traktorun hidravlik sistemində yağın təzyiqinə nəzarət
Unutmayın! Traktorun hidravlik sistemində yağın təzyiqinə elektro istilik impulslu yağ təzyiqi göstəricisi vasitəsilə nəzarət olunur (Şəkil 3.32).
3.6.3. Soyuducu mayenin temperaturuna nəzarət
Özüyeriyən texnikada mühərrikin soyudulması vacibdir. İş rejimində mühərriklərin yüklənməsi artdığından onun hissələri çox qızır. Odur ki, qızmış hissələr nominal temperaturadək soyudulmalıdır. Şəkil 3.33 - də göstərildiyi kimi mayenin temperaturu 80 - 930C həddində olsa mühərrik normal soyudulacaq. Mayenin temperaturu 1000C - yə yaxınlaşması təhlükəlidir. Bu, suyun qaynama temperaturudur, odur ki, mühərriki soyudula bilmir və ciddi fəsad verə bilər.
Yadda saxlayın! Aqreqatın kabinasında suyun temperaturuna nəzarət cihazı qoyulur. YT - 250 və s. tipli temperatur göstəricisi yerləşdirilir.
3.7. Soyutma üçün havalandırma kanalları, mühərrik üçün hava ötürülməsi
Traktor və kombaynların mühərriklərində iki soyutma sistemi tətbiq edilir. Maye ilə soyutma, hava ilə soyutma. Həm maye ilə soyutmada, həm də hava ilə soyutmada hava iştirak edir. Maye ilə soyutma sistemində hava mayeni soyudan radiatoru soyudur. Hava ilə soyudulan mühərriklərdə isə hava bir başa silindrləri soyudur.
Odur ki, mühərriklərin soyudulması üçün hava kanalları haqqında məlumat əldə edilməlidir.