3.7.1. Maye ilə soyutma sistemində hava kanalları
Maye ilə soyudulan mühərriklərdə soyuducu mayenin soyudulması vacibdir. Maye radiatorda soyudulur. Radiatorlarda olan su borularının ətrafında hava kanalları olur (Şəkil 3.34). Ventilyatorun yaratdığı hava axını radiatorun maye axan şaquli kanalları ətrafında hərəkət etməklə onların soyumasını və bununla da mayenin soyumasını təmin edir.
Radiatorda soyumuş maye yenidən mühərrikin su köynəklərinə qaytarılır.
Şəkil 3.34. - də:
a - borulu - tamasalı hava kanallı radiator;
b - borulu - lentli hava kanallı radiator.
3.7.2. Mühərriklərin hava ilə soyudulması
Diqqət! Bəzi traktorunun mühərrikində soyutma üçün havalandırma kanalları yerləşdirilir. Havalandırma kanalları silindrlərin hər birinin ətrafında olur (Şəkil 3.35). Şəkildən göründüyü kimi mühərrik işlədikdə qayış ötürməsi ilə fırlanma hərəkəti dirsəkli valdan ventilyatorun valına verilir. Ventilyatorun yaratdığı hava axını mühərrikin silindrlərinin hava kanallarına istiqamətləndirilir. Hava axını silindrlərin ətrafında dövr edərək onu xaricdən soyudur.
3.7.3. Üfürücü havanın soyuducusu
Unutmayın! Bir sıra mühərriklərdə, məsələn 4D20 Hover H5 DT MT - də mühərrikin soyudulması və ya yanma prosesi üçün hava ötürücü sistem yerləşir (Şəkil 3.36).
Şəkildə 3.36 - də:
1 - Genişləndirici qab;
2 - Soyuducu mayenin dövr etdirilməsi üçün nasos;
3 - Üfürücü havanın soyuducusu;
4 - Turbokompressor;
5 - Üfürücü havanın soyudulması sisteminin radiatoru;
6 - Drossel;
7 - Əks klapan.
1 - qayış ötürməsi;
2 - hava kompressoru - ventilyator;
3 - mühərrikin gövdəsinin qabığı;
4 - silindrlərin qabırğası;
5 - silindr;
6 - hava qapağı