Diqqət! Mühərrikli maşınların isti hissələrində yüksək temperatur olduğundan yanma qabiliyyətli materiallar quru ot, saman, püfə və s. mütləq təmizlənməlidir (Şəkil 4.6).
Unutmayın! Taxılyığan (qarğıdalıyığan və s.) kombaynların qızmış hissələri otdan, samandan təmizlənməlidir. Əks halda yanğın təhlükəsi yarana bilər (Şəkil 4.7).
4.3.3. Kombaynın təmizlənməsi
Yadda saxlayın! Almaniya istehsalı CLASS MEGA 350 taxılyığan kombaynın kəsici aparatının barmaqlı brusları, saxlayıcı, tənzimləyici dəstək və kəsici bıçağın intiqalı toz, saman, ot və s. qalıqlardan təmizlənir (Şəkil 4.8).
4.3.4. Döyən aparatın bitki qalıqlarından təmizlənməsi
Taxıl hissəcikləri oda çox hərisdir.
Unutmayın! İşdən sonra əsas işçi orqanların qəbul kamerası, döyücü aparat və ötürücü biter təmizlənməlidir.
JOHN DEERE taxılyığan kombaynların taxıldöyən aparatı təmizləndikdən sonra (işdən sonra) itkiyə yol verilməməsi məqsədi ilə döyücü kameranın ara məsafəsinin düzgün qoyulması vacib şərtdir (Şəkil 4.9).