4.3.11. Kotanın torpaqdan təmizlənməsi
Diqqət! Şumlama aparan aqreqatda istifadədən sonra kotanın gövdələri, gavahınlar və çərçivə otdan, samandan təmizlənir (Şəkil 4.15).
Bu təmizləmədə məqsəd işçi orqanın şumlama zamanı lazımi dərinlikdə şumlama apara bilməsinin təmin edilməsidir.
4.3.12. Kultivator və malaların işçi orqanlarının işdən sonra təmizlənməsi
Kultivator və malaların işçi orqanlarının işdən sonra təmizlənməsi vacibdir. Nəm torpaq kultivatorun işçi orqanlarının üzərində qaldıqda onun paslanmasını sürətləndirir.
Təmizlənmiş texnika keyfiyyətli işini təmin etməlidir (Şəkil 4.16).
4.3.13. Toxum səpən maşının qalıqlardan təmizlənməsi
Yadda saxlayın! Gaspardo Directa 300 taxılsəpən maşının işdən sonra işçi orqanlarının ot, çöp, saman, torpaq və s. - dən təmizlənməsi mütləq tələb edilən səviyyədə aparılmalıdır (Şəkil 4.17). Əks halda yaxşı təmizlənmə aparılmadıqda səpinin keyfiyyətlə aparılması təmin edilmir.
4.4. Nasazlıqlara nəzarət
Burada kənd təsərrüfatı maşınlarının istifadədən sonra bütün elektrik xətlərinin, kabellərin zədələnmə və qırılmaya yoxlanılması haqqında təlimatlanma verilir. Aqreqatların işçi orqanlarında, o cümlədən qayış ötürməsi olan hissələrdə tarımlığa yoxlanma haqqında təlimatlanma verilir.
Maşınların saz vəziyyətdə saxlanması məqsədi ilə onların şinlərinin yararlılığı və təkərlərin təzyiqinin normal olmasının gözlənilməsi vurğulanır.