4.4.1. Belarus traktorlarının elektrik avadanlıqları və xətləri
Belarus traktorlarının elektrik xətləri və avadanlıqları şəkil 4.18 - də verilmişdir.
1 - səs siqnalı;
2 - generator;
3 - közərmə şamları;
4 - relenizamlayıcı;
5 - ampermetr;
6 - dönmə siqnalizatoru;
7 - səs siqnalının qoşucusu;
8 - dönmə siqnallarının qoşucusu;
9 - fanar;
10 - nömrə nişanının işıqlandırma fanarı;
11 - birləşdirici;
12 - “kütlə” birləşdiricisi;
13 - dayanacaq siqnalının qoşucusu;
14 - starter;
15 - qoruyucuların qutusu.
4.4.2. Traktorların, özüyeriyən kombaynların elektrik, kabel xətlərinin nasazlıqları
Unutmayın! Maşın, texnika və ya aqreqatdan istifadədən sonra elektrik, kabel xətlərinin nasazlıqları yoxlanılır.
Bunun üçün testerdən istifadə edilir (Şəkil 4.19).
Testerin köməyi ilə elektrik avadanlıqlarının sarğıları, birləşdirici naqillər yoxlanılır və nasazlıqlar aşkar edilir.