4.4.6. Şinlərin yoxlanması
Diqqət! Aqreqatın istifadəsindən sonra təkərlərin təzyiqi və şinlərin işə yararlılığı yoxlanılır (Şəkil 4.23).
Bu məqsədlə ön və arxa təkərlər istismar təlimatına uyğun olaraq doldurulmalıdır.
4.4.7. Traktor və kombayn təkərlərinin qorunması
Kənd təsərrüfatı bitkiləri yığıldıqdan sonra torpaqda qalan kəsilməmiş gövdə qalıqları quruyaraq sərtləşir və traktor hərəkət etdikdə təkərlər zədələnə bilir. Təkərlərin protektoru yeyilir və ya kəsilir.
Odur ki, bəzi istehsalçı firmalar traktorun ön tərəfindən təkərləri quru gövdə qalıqlarından qorumaq üçün xüsusi tərtibatlar hazırlayırlar.
Case traktoruna qabaq təkərlərin önünə quraşdırılır (Şəkil 4.24).
4.4.8. Təkərlərdə havanın təzyiqinə nəzarət
Aqreqatın təkərləri xüsusi təzyiq ölçən qurğu vasitəsi ilə yoxlanılır (Şəkil 4.25)
Yoxlanılma zamanı təzyiq tələb edilən səviyyədə olmadıqda onun doldurulması və ya boşaldılması nəticəsində təzyiq normal vəziyyətə gətirilir.
4.5. Texnikanın rütubətin, nəmişliyin, intensiv günəş şüalarının təsirindən qorunması
Kənd təsərrüfatı maşınlarında tez korroziyaya uğrayan orqanlarını korroziyadan qorunması üçün təlimatlanma qaydalara əməl edilməlidir.
Rütubət texnikanın bütün hissələrinə pis təsir edir. Metal hissələr rütubətdən və nəmlikdən paslanır, korroziyaya uğrayır. Rezin və plastik kütlədən hazırlanmış hissələr nəmişlikdən və rütubətdən elastikliyini itirir, strukturu pozulur və çatlayır.