4.6.1. Mühərriklərin xüsusi soyuq buraxmayan örtüklə örtülməsi
Diqqət! Şaxtalı hava şəraitində mühərrik xüsusi soyuq buraxmayan örtüklə örtülür.
Mühərrikin şaxtadan qorunması onun işləmə ömrünü artırır, qış dövründə tez işə düşməsini təmin edir və boş vaxt itkisinə şərait yaratmır (Şəkil 4.27).
4.6.2. Soyuq iqlimdə mühərrikin işə salınmasının asanlaşdırılması
Soyuq iqlimdə mühərrik işə salınan zaman xüsusi qurğudan istifadə olunur (Şəkil 4.28).
4.6.3. Şaxtalı havada mühərrikin işə salınması üsulları
Şaxtalı havada mühərrik işə düşmədikdə onun işə salınması üçün müxtəlif üsullardan istifadə edilir:
4.6.4. Akumulyatorun şaxtadan qorunması
Unutmayın! Aqreqatın tez işə salınmasına kömək məqsədi ilə onun akumulyatoru isti yerdə saxlanır (Şəkil 4.29).
4.6.5. İşəsalma zamanı starterin qorunması
Yadda saxlayın! Mühərrik starterin köməyi ilə işə salındıqda starter 15 - 20 saniyədən çox fırladılmır (Şəkil 4.30).
Əks halda starterin sıradan çıxması ilə nəticələnə bilər.
İstifadədən sonra elektrik avadanlıqlarının söndürülməsi
Diqqət! Maşın, texnika və aqreqatlar istifadədən sonra bütün elektrik avadanlıqları söndürülməlidir (Şəkil 4.31).