Nəzəri biliklərin qiymətləndirilməsi
Test 4
Sual 1. Aqreqat istifadə edildikdən sonra dərhal icra edilməlidir:
A) Mühərrikə su əlavə edilməli;
B) İsti mühərrik soyudulmalı;
C) Mühərrikə yağ əlavə edilməli;
D) Mühərrikin qızmış hissələrinin üzəri xüsusi örtüklə örtülməlidir.
Sual 2. Maşın, texnika və ya aqreqatların istifadədən sonra saxlanılma dövrləri:
A) Yalnız qış dövründə saxlanma;
B) Mövsüm dövrü saxlanma;
C) İl boyunca saxlanma;
D) Qısa və uzun müddətli saxlanma.
Sual 3. Mühərrikli maşınlarda istifadədən sonra əvvəl hansı hissələr nədən təmizlənir?
A) İsti hissələrdən yanma qabiliyyətli materiallardan;
B) Taxılsəpənin şırımaçanı otlardan;
C) Kotanın gavahını saman, torpaq və quru otdan;
D) Taxılyığanın saman tutucusu samandan təmizlənir.
Sual 4. CLASS MEGA 350 taxılyığan kombaynın istifadəsindən sonra təmizlənən işçi orqanlar:
A) Kəsici aparatın barmaqlı brusları, saxlayıcı, tənzimləyici dəstək və kəsici bıçağın intiqalı;
B) Saman tutucunun qaldırma mexanizmi;
C) Taxıl qutusunun boşaldıcı şneki;
D) Döymə mexanizminin hərəkətötürücü qayışları.
Sual 5. Maşın, texnika və ya aqreqatın istifadədən sonra saxlanılma yerlərinə aiddir:
A) Tarla kənarında düzləndirilmiş sahələr;
B) Üstüörtülü yerlər, anbarlar və mailliyi 2 - 30 olan açıq sahələr;
C) Texnikanın saxlanılmasına icazə verilməyən ərazilər;
D) Örtüksüz açıq və düz sahələr.
Sual 6. Maşın, texnika və ya aqreqat intensiv günəş altında və soyuq iqlimdə saxlandıqda gözlənilməlidir:
A) Xüsusi qapalı yerdə və mühərrik xüsusi örtüklə örtülməlidir;
B) Günəş və soyuqdan qoruyucu örtük olmadan saxlanılmalıdır;
C) Elektrik naqilləri və kabellərin nasazlıqlarını yoxlamaq üçün xüsusi qurğulardan istifadə
edilən yerlərdə;
D) “Günəş şüası” və “Qış paketi” dəstlərindən istifadə edilməlidir.