Yadda saxlayın! Aqroservis mütəxəssis qəza və zədələnmələrin hüquqi qaydaları ilə təlimatlanır.
Bunun üçün iş yerində aqroservis mütəxəssis idarə edəcəyi aqreqat üzrə xüsusi təlimatlanmalı və onun təlimatlanma səviyyəsi yoxlanılmalıdır.
5.1.3. Texnika parkında təhlükəsizlik tədbirləri ilə tanışlıq
Diqqət! Yeni maşın, texnika və ya aqreqatlardan istifadə zamanı baş verə biləcək bədbəxt hadisələrin qarşısı təhlükəsizlik tədbirlərinin görülməsi ilə alınır.
Parkda təhlükəsizlik tədbirlərini mənimsəmək məqsədi ilə məşqlər təşkil edilməlidir (Şəkil 5.2).
Həmin aqreqatlarda işləyəcək hər bir aqroservis mütəxəssis və köməkçi işçilər ilk əvvəl təhlükəsizlik texnikası üzrə mütəxəssislər tərəfindən təlimatla tanış olmalıdırlar.
Unutmayın! Aqreqatın istifadəsindən sonra onun dayanması üçün müəyyən edilmiş ərazidə 6 - 10 metr ara məsafəsi gözlənilməklə saxlanılması həmin anda baş verə biləcək bədbəxt hadisədən qorunmanı təmin edir (Şəkil 5.3).
Diqqət! Aqreqatın istifadəsindən sonra onun saxlanılması zamanı təlimata düzgün riayət edilməməsi qəza və ya bədbəxt hadisə ilə nəticələnə bilər. Odur ki, maillik bucağı 10 - 150 - dən çox olan yerlərdə aqreqatın saxlanmasına icazə verilmir (Şəkil 5.4).