5.3. Yığım zamanı qəza və zədələnmələrdən müdafiə
Burada müxtəlif kənd təsərrüfatı məhsullarının yığımında istifadə edilən kombaynların işi zamanı qəza və bədbəxt hadisələrdən, zədələnmələrdən qorunmaq üçün işçilərin xüsusi təlimatlandırılmasının vacibliyi qeyd edilir. Yığım dövründə kombaynların işçi orqanlarının təmizlənməsinə yalnız aqreqat dayandığı halda icazə verilməsi üzrə təlimatlar xüsusilə əhəmiyyətlidir. Aqreqatın işi zamanı kənar şəxslərin işçi orqanlara yaxın durmasının qəza və bədbəxt hadisə ilə nəticələnə bilməsi haqqında işçilərə təlimatın verilməsinin vacibliyi göstərilir.
Diqqət! JOHN DEERE 7760 pambıqyığan kombaynlarla iş zamanı qəza və zədələnmələrdən qorunmaq üçün bütün işçilər təhlükəsizlik tədbirləri haqqında təlimat keçməlidir.
Unutmayın! JOHN DEERE 690 pambıqyığan kombaynları ilə iş zamanı qəza və zədələnmələrdən qorunmaq üçün şpindelin, pambıqsorucu boruların əl ilə təmizlənməsinə icazə verilmir (Şəkil 5.12).
Yadda saxlayın! JOHN DEERE 7760 pambıqyığan kombaynlar ilə işlədikdə köməkçi işçilər qəza və zədələnmələrdən qorunmaq üçün xüsusi geyimlərlə təmin edilməli və tənzimləmə - təmir işləri kombayn dayandırıldıqdan, mühərrik söndürüldükdən sonra aparılmalıdır.
5.3.1. Qoşma texnikanın nəql etdirilməsi zamanı təhlükəsizlik tədbirləri
Diqqət! Qoşma texnika, o cümlədən pambıqyığan maşınlar tarlaya nəqliyyatı zamanı işçi orqanlar nəqliyyat vəziyyətinə gətirilməlidir (Şəkil 5.13). Qoşquya götürmə, sərt qoşqudan istifadə etməklə yerinə yetirilməlidir.