5.4.2. Eynəkdən istifadə
Yadda saxlayın! Tarlada iş zamanı gözlərin qorunması vacibdir (Şəkil 5.17).
Eynəkdən istifadə baş verə biləcək bir sıra qəzaların qarşısının alınmasında vacibdir.
5.4.3. Qoruyucu kaskadan istifadə
Yadda saxlayın! İş zamanı aqroservis mütəxəssisinin qəzadan qorunması məqsədi ilə başında qoruyucu kaskanın olması əsas şərtdir (Şəkil 5.18).
5.5. Gurultu (səs - küy) əleyhinə qulaqlıq
Yadda saxlayın! Aqreqatla iş zamanı səs - küyün olması aqroservis mütəxəssisinin tez yorulması və iş keyfiyyətinin azalması ilə nəticələnir.
Qəzadan və tez yorulma hallarından mühafizə məqsədi ilə aqroservis mütəxəssisinin qulaqlıq taxması məqsədəuyğundur (Şəkil 5.19).
5.5.1. Texnikada səs - küyün səviyyəsinin ölçülməsi
Yadda saxlayın! Səs - küyün səviyyəsi səs təzyiqinin (səs dalğalarının) diapazonu 20 khs - 18 khs olan xüsusi səs ölçən cihazla yoxlanılır.
Səs - küyün səviyyəsinin çoxluğu aqroservis mütəxəssisinin tez yorulması və nəticədə qəza ilə nəticələnməsinə əsas ola bilər.
Traktorların və kombaynların kabinadakı səs diapazonu VŞV - 003 - M2 səs ölçən cihazla ölçülür (Şəkil 5.20).