-
Texnikanın yolda nəql etdirilməsi və dayandırılması zamanı təhlükəsizlik tədbirləri
|
-
Bu tapşırıq müəllimin və təlim ustasının iştirakı və nəzarəti altında yerinə yetirilməlidir.
- Yaşadığınız ərazidə intensivliyi yüksək olan yol kənarında müşahidə məntəqəsi hazırlayın.
- Məntəqəyə lazım olan cihaz və avadanlıqları, fotoaparat tədarük edin.
- Məntəqənin yol kənarından 20 - 30 metr kənarda olmasını təmin edin.
- Yolda hərəkət edən traktor və digər aqreqatları 1 saat ərzində müşahidə edin.
- Nəqliyyat vasitələrinə nəzərən texnikanın mövqeyini, sürətini, yolun hərəkət hissəsinə nəzərən tutduğu zolağın enini müşahidə edin.
- Yol kənarında dayandırılmış texnikanın şəklini çəkib, şəkil üzrə yolun mailliyini (eniş və yoxuşluğunu) araşdırın.
- Texnikanın təhlükəsiz dayandırıldığından əmin olun
- Əks halda qaydaların pozulduğunu qeyd edin.
- Texnikanın enişdə və yoxuşda dayandırılması qaydalarını izah edin.
|