Nəzəri biliklərin qiymətləndirilməsi
Test 5
Sual 1. Yeni maşın, texnika və ya aqreqatlardan istifadə zamanı qəza və zədələnmələrdən qorunmaq məqsədilə aqroservis mütəxəssisə olan tələblər.
A) Hüquqi qaydaları və təhlükəsizlik tədbirlərini bilməlidir;
B) Yeni maşın, texnika və ya aqreqatları idarə etməyi bacarmalıdır;
C) Maşın, texnikanı ictimai yolda idarə etmə qaydalarını bilməlidir;
D) İstehsalat zamanı baş vermiş bədbəxt hadisə üçün zərərçəkən şəxsə ilk yardım göstərə
bilməlidir.
Sual 2. Aqreqatın işçi orqanlarının tənzimlənməsi və təmirinə hansı halda icazə verilməlidir?
A) Aqreqat sahədə dayanmış halda və işçi orqanlar işçi vəziyyətində olduqda;
B) Aqreqatın işçi vəziyyətində və sahədə;
C) Aqreqat söndürülmüş halda olmaqla təmir üçün ayrılmış yerlərdə;
D) Aqreqatın işçi orqanları dayandırılmadan və sahədə nasazlıq yaranan yerdə.
Sual 3. Aqreqatı idarə edən aqroservis mütəxəssis iş zamanı hansı qoruyucularla təmin edilməlidir?
A) Geyimlər, əlcək, ayaqqabı, eynək və baş qoruyucu;
B) Səs - küy əleyhinə səs ölçən cihazla;
C) Kabinədə səsin yayılmasını gecikdirən xüsusi izolyasiyalı örtüklərlə;
D) VSV - 003 M2 səs ölçən cihazlar.
Sual 4. Tarlada aqreqatla iş zamanı səs - küydən qorunma aləti:
A) Göz üçün eynək;
B) Qulaqlıq;
C) İlişmə olmaması üçün xüsusi geyim;
D) Üz qoruyucu maska.
Sual 5. Aqreqatın işi zamanı yaranmış səs təzyiqi diapazonunun hüdudları:
A) 20 hs - 18 khs;
B) 10 hs - 10 khs;
C) 15 hs - 20 khs;
D) 15 khs - 20 khs.
Sual 6. CLASS AXİON 820 traktorunun işi zamanı səs - küyün kabinaya yayılmaması üçün görülən işlər:
A) Səs - küyün kabinadan çıxması üçün yuxarı hissədə nəfəsliyin açılması;
B) Aqroservis mütəxəssis qulaqcıq taxır;
C) Səs - küy yayılmasının qarşısını almaq üçün kabinin qapısının germetik örtülməsi;
D) Kabinə xüsusi izolyasiya materialları ilə örtülür.