Məsaməlik az olduğundan suvarma ilə verilən su torpağın dərin qatlarına sızıb keçə bilmir.
Torpağın üst qatlarının yuyulmasına və ya üst qatda toplanıb qaysaq əmələ gəlməsinə səbəb olur ki, bu da torpağın havalanmasını pisləşdirir, strukturunu pozur, bioloji (vegetasiya dövründə) məhsul itkisi artır, məhsuldarlıq azalır.
3.4.13. Torpağın korlanmasının qarşısının alınması yolları
Mexaniki becərmədən sonra torpağın korlanmasının qarşısını hansı tədbirlərlə almaq olar. Aşağıdakı bəzi tədbirləri nəzərdən keçirək. Torpağa sistematik olaraq üzvü gübrələrin verilməsi (Şəkil 3.46). Üzvi gübrələr bərk və ya quru, şirə, maye formada olur. Quru üzvi gübrə kimi peyin və torfdan istifadə edilir.
3.4.13.1. Maşınların gedişlərinin sayının azaldılması
3.4.13.2. Geniş en götürümlü aqreqatların tətbiqi
Hazırda böyük ölçülü sahələrdə işləmək üçün geniş en götürümlü aqreqatlara üstünlük verilir. Dünyanın ən məşhur firmaları böyük en götürümlü aqreqatlar istehsal edir. Almaniyanın HORCSH firmasının geniş en götürümlü, Horsch Maestro 2475 sürətli pnevmatik toxum səpən aqreqatın sahədə işi şəkil 3.48-də verilmişdir. |