3.4.13.3. Kombinə edilmiş aqreqatlardan istifadə
Kombinə edilmiş aqreqat bir gedişdə eyni zamanda bir neçə əməliyyatı yerinə yetirən aqreqata deyilir. Odur ki, kombinə edilmiş aqreqatlardan istifadə edilir. Kombinə edilmiş aqreqatı şəkil 3.49-da təsvir edilmişdir. Bu aqreqat eyni zamanda toxum səpir, torpağı mahmızlı vərdənə ilə hamarlayır və sıxlaşdırır (Şəkil 3.49).
3.4.13.4. Aqrotexniki əməliyyatların birləşdirilməsi
Pambıqçılıqda şumlama və malalama-kəltənlərin əzilməsi əməliyyatlarını dərin yumşaltma və torpağın oxlanması əməliyyatında birləşdirmək mümkündür. Bu riper adlı kənd təsərrüfatı maşını ilə yerinə yetirilir. İtaliyanın Mascho Caspardo firmasının istehsal etdiyi riper şəkil 3.50-də verilir. Riperin işçi orqanları kultivatorda olduğu kimi iki cərgədə düzülmüş isgənə şəkilli pəncələrdir. Pəncələr elə düzülür ki, üst örtmələr gözlənilsin, xərəklərin qoyulmasına yol verilmir.
3.4.13.5. Traktorun təkərlərinin cüt qoyulması
Müasir daha ağır traktorlarda cüt təkərlərdən istifadə edilir (Şəkil 3.51). Nəticədə torpağa düşən xüsusi təzyiqin 2 dəfə azalmasına səbəb olur. |