- Maşın traktor aqreqatının hərəkət hissələrinin torpağa təsirini müəyyən edin.
|
- İş paltarını geyinin.
- Texniki təhlükəsizlik qaydalarına diqqət edin.
- Aqreqatın sahədə hərəkətindən sonra torpaqda olan izin dərinliyini ölçün.
- Torpağın aqreqatın sıxlaşdırdığı yerdə sıxlığı yoxlayın.
- Suyun adi yerdə və aqreqatla sıxlaşdırılmış yerdə torpağa hopma vaxtını yoxlayın.
- Aqreqatın gedişləri çox olan yerdəki bitki ilə traktorun təkərinin izi olmayan cərgədə
bitkilərin kök sistemini müqayisə edin.
- Aqreqatın gedişləri çox olan yerdəki bitki ilə traktorun təkərinin izi olmayan cərgədə
bitkilərin boy inkişafını yoxlayın.
- Traktorun izindən və cərgədə bitki arasında eyni həcmdə torpaq nümunəsi götürüb torpağın
strukturluğunu, nəmliyini, və başqa göstəriciləri yoxlayın.
- Bütün müqayisələrin fərqini cədvəl şəklində tərtib edin və fərqləri izah etməyə
çalışın.
- Torpağın sıxlaşmasını qiymətləndirin.
|