|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 3
Sual 1. Aqreqatın sahədə hərəkəti torpağa necə təsir edir?
A) Torpağın üst qatını yumşaldır;
B) Torpağı sıxlaşdırır;
C) Bitkini əzir;
D) Becərmə dərinliyini azaldır.
Sual 2. Torpağın sıxlaşmasının nə zərəri var?
A) Bitkinin kök sistemi əzilir;
B) Torpağın nəmliyi artır;
C) Torpağın strukturluğu pisləşir;
D) Su torpağa asan hopur.
Sual 3. Traktorun tırtıllı hərəkət etdiricilərinin təkərlərdən üstünlüyü nədir?
A) Enlidir, torpağı sıxlaşdırmır;
B) Torpağa batmır;
C) Torpaqla yaxşı ilişir və torpağı az sıxlaşdırır;
D) Torpağın dərin qatlarına təsir etmir.
Sual 4. Torpağın sıxlaşmasının nə kimi fəsadları olur?
A) Cərgələr əyri olur;
B) Qovuşuq cərgə arası çox olur;
C) Bitkinin kök sistemi zəifləyir və bitki zəif inkişaf edir;
D) Suvarma suyu bitkiyə yaxşı çatır və bitki yaxşı inkişaf edir.
Sual 5. Torpağın sıxlaşmasının qarşısını almaq üçün hansı tədbir görülür?
A) Təkərlərin eni böyüdülür və cüt təkərlər tətbiq edilir;
B) Toxumu torpaqda dayaz basdırmaq lazımdır;
C) Tez-tez sulamaq lazımdır;
D) Bitkiyə dərman verilir.
Sual 6. Böyük en götürümlü və kombinə edilmiş aqreqatların tətbiqi nə üçün lazımdır?
A) Çəkilən xərcləri azaltmaq üçün;
B) İşi tez qurtarmaq üçün;
C) Torpağın sıxlaşmasını azaltmaq üçün;
D) Sahəyə toxum sərfini azaltmaq üçün.