4.1.3. Üzvi gübrələrin səpilməsi
Kompostu, peyini və torfu səpələmək üçün olan yarım qoşqu tipli bərk gübrə dağıdan maşından istifadə edilir (Şəkil 4.3). Üzvi gübrədağıdan maşınlar banının tutumundan asılı olaraq 4, 6,8,10 və s. yüktutumlu olur.
4.1.4. Şirəli gübrə qarışığının hazırlanması
Torf-peyin şirəsi və digər şirəli gübrə qarışıqları fermanın yaxınlığında ayrılmış və hazırlanmış xüsusi yerdə hazırlanır. Şirə böyük həcmli, dərinliyi 1-1,5 olan çalada hazırlanır. Hazırlanmış şirəsəpələyənə yüklənməzdən əvvəl eyni tərkibli olması üçün qarışdırılır. Bu xüsusi qurğu ilə yerinə yetirilir (Şəkil 4.4).
4.1.5. Maye halında olan gübrələrin səpilməsi
Torf-peyin şirəsindən hazırlanan duru halda qarışıq gübrəni şirə səpələyən texnika ilə sahələrə səpələnir. Şirə səpələyən texnikanın banı sistern formasında olur, şirəni səpələmək üçün fırlanma hərəkəti traktorun GAV-dan alır, yarım qoşma olur. (Şəkil 4.5). Texnika əvvəlcə traktorla aqreqatlaşır, Onun qoşqu bəndi traktorun qoşqu qurğusuna tuşlanıb hər ikisinin deşikləri üst-üstə düşdükdə barmağı şaquli istiqamətdə keçirməklə birləşdirilir. Texnika işini qurtardıqdan sonra, yuyulur, təmizlənir, traktordan açılır, onun qoşqu bəndinin altında olan dayaq qaldırılır və texnika bu vəziyyətdə saxlanılır. |